Vakansiyaları Telegram kanalımızdan izlə

Qoşul

Baş sistem administratoru

Təhsil: -DigərSon müraciət: 13 oktyabr 2026

Vakansiya haqqında

Baş sistem administratoru İnformasiya Texnologiyaları departamenti İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: Ali təhsil (Bakalavr); Uyğun sahə üzrə 2-3 il iş təcrübəsi; Azərbaycan dili (əla), İngilis dili (texniki orta səviyyədə bilmək mütləqdir); Windows Server əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası və administrasiyası; VMware ESXi/vSphere üzrə bilik və praktiki təcrübə; Nutanix AHV və ya Nutanix platforması üzrə bilik və bacarıq arzuolunandır; PowerShell üzrə orta səviyyədə bilik; ITIL və ya oxşar IT Service Management prinsipləri üzrə anlayış; Windows Server və Active Directory security prinsipləri üzrə bilik; TCP/IP, VLAN, routing və əsas network prinsipləri üzrə bilik; Active Directory security və access management üzrə praktiki bilik; Veeam backup və replikasiya sistemi haqqında praktiki bilik.

İŞİN TƏSVİRİ: Windows Server rolları və əsas servis komponentlərinin idarə edilməsi; Windows Server üzrə troubleshooting və ilkin root-cause analysis aparılması; Windows Server patch və update proseslərinin idarə edilməsi; Windows Server performansının və resurs istifadəsinin monitorinqi; File Server və digər əsas Windows servis komponentlərinin administrasiyası; Active Directory Domain Services (AD DS) administrasiyası; User, Group və Computer account-ların idarə edilməsi OU strukturunun idarə edilməsi; Group Policy (GPO) yaradılması, tətbiqi və troubleshooting; Active Directory replication və əsas problemlərinin diaqnostikası; Domain Controller-lərin administrasiyası; DNS serverlərinin administrasiyası və troubleshooting; DHCP serverlərinin administrasiyası; DNS/DHCP ilə bağlı yaranan problemlərin ilkin diaqnostikası; Virtual machine-lərin yaradılması, konfiqurasiyası və idarə edilməsi; VM resource allocation və performance monitoring; Virtualization mühitində troubleshooting; Monitoring sistemlərindən daxil olan alert-lərin araşdırılması; Sistem insidentləri zamanı ilkin texniki analiz və troubleshooting; Problemlərin müəyyən edilmiş SLA çərçivəsində həll edilməsi və ya müvafiq komandaya eskalasiya edilməsi; Incident, Change və Problem Management prosesləri ilə işləmə bacarığı; Backup nəticələrinin yoxlanılması və uğursuz backup-ların ilkin araşdırılması; Patch management və vulnerability remediation proseslərində iştirak; Windows Server event log-larını analiz etmək; Kompleks infrastruktur insidentləri zamanı ilkin texniki diaqnostikanı aparmaq və zəruri hallarda müvafiq texniki komandaya eskalasiya etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Baş sistem administratoru ” qeyd edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Müraciət et

Müraciət et