Satış məsləhətçisi (showroom)
Vakansiya haqqında
Qida əlavələri satışı ilə məşğul olan şirkətimizin showroomuna Satış Məsləhətçisi axtarırıq.
Əgər insanlarla ünsiyyət qurmağı, məhsullar haqqında məlumat verməyi və satış prosesində aktiv iştirak etməyi sevirsinizsə, sizi komandamıza dəvət edirik.
İş şərtləri
Əmək haqqı: 600 AZN + satışdan bonus
İş qrafiki: 10:00 dan–20:00 dək
İş yeri: Əcəmi 3-cü kruqu
Müraciət
CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Mövzu: Showroom Satış Məsləhətçisi
Tələblər
Yüksək ünsiyyət və təqdimat bacarığı;
Səlis və aydın nitq;
Müştəriyönümlü və gülərüz yanaşma;
Satışa maraq və nəticəyə fokuslanmaq;
Sosial şəbəkələrdən gələn mesajlarla işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Yeni məlumatları tez öyrənmək bacarığı;
Qida əlavələri və sağlam həyat tərzinə maraq;
Azərbaycan dilində səlis danışıq.
Showrooma gələn müştəriləri qarşılamaq və qida əlavələri haqqında məlumat vermək;
Müştərinin ehtiyacını müəyyənləşdirmək və uyğun məhsullar barədə məlumatlandırmaq;
Məhsulların tərkibi, istifadəsi və xüsusiyyətləri haqqında şirkət tərəfindən təqdim olunan məlumatlara əsasən müştəriləri məlumatlandırmaq;
Müştərilərin suallarını cavablandırmaq;
Instagram və TikTok sosial şəbəkələrindən daxil olan mesajlara operativ cavab vermək;
Sosial şəbəkələrdən gələn müraciətləri sifarişə çevirmək və sifarişləri yoxlamaq;
Mövcud və daimi müştərilərlə əlaqəni qorumaq;
Müştərilərin mütəmadi sifarişlərini izləmək və sifariş vaxtı barədə xatırlatmalar etmək;
Telefon və onlayn şəkildə müştərilərlə ünsiyyət qurmaq;
Showroomda məhsulların səliqəli və düzgün təqdimatını təmin etmək.