Vakansiyanı pulsuz dərc et və 14 gün premium əldə et

Yerləşdir

Keyfiyyət üzrə Aparıcı Mütəxəssis

Təhsil: -DigərSon müraciət: 8 oktyabr 2026

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri: İstehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət edilməsi; İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması; Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinə nəzarət və keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanılması; Anbarda nəzarət etdiyi sahədə keyfiyyət-təhlükəsizlik, sanitar-gigiyena, zərərvericilərə qarşı mübarizə, təhlükə analizi və kritik nəzarət nöqtələrinə dair planların hazırlanması; Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi; Sahələrdə risk analizinin aparılması; İstehsalat sahələrində sanitar tədbirlərinin vaxtında aparılması üçün iş planlarının hazırlanması; Nəzarət etdiyi proseslər üzrə risklərin dəyərləndirilməsinin həyata keçirilməsi, proseslərin effektivlik kriteriyalarına görə yoxlanılması; İstehsalata, anbara, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarq riayət edilməsinə nəzarət edilməsi; Keyfiyyət və təhlükəsizliyə təsir edə biləcək hal olduqda daxili kommunikasiya qaydalarına uyğun olaraq məlumatların zamanında rəhbərliyə bildirilməsi; Anbara geri qaytarılan və satışa yararsız malların utilizasiyasının prosedura uyğun həyata keçirilməsinə dair rəyin bildirilməsi; Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərə hesabatların təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar: ISO 9001, ISO 22000 sertifikatlarının tələblərini bilmək; MS Office proqramlarından istifadə bacarığı; Problem və konfliktləri həll etmə bacarığı; Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Təhsil: Ali (Kimya, Qida sənayesi üzrə üstünlükdür); İş təcrübəsi: minimum 3 il (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlükdür).

İş şərtlərimiz: İş qrafiki: 5 günlük; İş yeri: Avrora Sənaye Parkı (Hökməli qəs); Nahar və servis şirkət tərəfindən təmin olunur .

Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; İşçilərə qayğı proqramı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə; Təlim və inkişaf imkanları. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Keyfiyyət üzrə Aparıcı Mütəxəssis ” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et

Müraciət et