Vakansiyaları Telegram kanalımızdan izlə

Qoşul

Tender və satınalma üzrə aparıcı mütəxəssis

Təhsil: AliBakıDigərSon müraciət: 8 oktyabr 2026

Vakansiya haqqında

Tikinti, MEP, zəif cərəyan və IT sahələrində fəaliyyət göstərən şirkətimiz Tender və Satınalma üzrə Mütəxəssis vəzifəsinə əməkdaş axtarır.

İş şəraiti:

- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00 dan–18:00 dək; Şənbə- 10:00 dan-13:00 dək

- Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında;

- Rəsmi əmək müqaviləsi;

- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tender və Satınalma üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

Tələblər

- Tender və satınalma sahəsində iş təcrübəsi;

- IT, təhlükəsizlik sistemləri, zəif cərəyan, tikinti, təmir və ya MEP sahələrindən anlayış;

- Texniki tapşırıq əsasında düzgün qiymət çıxarmaq və kommersiya təklifi hazırlamaq bacarığı;

- Smeta, BOQ və texniki spesifikasiyalarla işləmək bacarığı;

- Elektron Satınalma Portalı ilə işləmə təcrübəsi üstünlükdür;

- Microsoft Excel və Word proqramlarını yaxşı səviyyədə bilmək;

- Qiymət analizi, müqayisə cədvəli və hesabat hazırlamaq bacarığı;

- Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq;

- Təchizatçılarla effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;

- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;

- Rus və ingilis dili biliyi üstünlükdür.

Üstünlük veriləcək namizədlər:

- Tikinti və IT tenderlərində praktiki təcrübəsi olan;

- Kamera, şəbəkə, server, access control, yanğın siqnalizasiya və digər təhlükəsizlik sistemlərini tanıyan;

- Elektrik, mexanika, havalandırma və digər MEP işləri üzrə ilkin texniki biliyə sahib olan;

- Tender sənədlərini müstəqil şəkildə hazırlayıb təqdim edə bilən;

- Təchizatçı bazası və bazar qiymətləri haqqında məlumatı olan namizədlər.

- Dövlət və kommersiya tenderlərinin gündəlik izlənilməsi;

- Tender və satınalma sənədlərinin tələblərə uyğun hazırlanması;

- Texniki şərtlərin, iş həcmlərinin və spesifikasiyaların təhlili;

- Tikinti, təmir, MEP, zəif cərəyan və IT layihələri üzrə qiymət təkliflərinin hazırlanması;

- Smeta və iş həcmi cədvəllərinin tərtib edilməsi;

- Məhsul, material və xidmətlər üzrə bazar araşdırmasının aparılması;

- Yerli və xarici təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisəsi;

- Material, avadanlıq, işçilik, logistika və digər xərclərin hesablanması;

- Kommersiya və texniki təkliflərin hazırlanması;

- Tender sənədlərinin elektron satınalma portalına vaxtında yerləşdirilməsi;

- Müqavilə, hesab-faktura, qiymət razılaşma protokolu və digər satınalma sənədlərinin hazırlanmasında iştirak;

- Tender prosesinin başlanğıcdan nəticələnənədək izlənilməsi;

- Təchizatçılarla qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması.

Əlaqə telefonu: (055) 202-23-39

Müraciət et

Müraciət et