Vakansiyaları LinkedIn səhifəmizdən izlə

İzlə

Marketinq üzrə Layihə Rəhbəri

Təhsil: -BakıDigərSon müraciət: 8 oktyabr 2026

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri: Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması; Rəqabət analizi və təhlillərin aparılması; Satışın artırılması istiqamətində aktivliklərin, kampaniyaların təşkil edilməsi və hesabatlılığın təmin edilməsi; Brendlər üçün marketinq və kommunikasiya strategiyalarının yaradılması və ərsəyə gətirilməsi; Şirkətin satış komandasıyla yaxından əməkdaşlıq, satış komandasının müvafiq alətlərlə, materiallarla və təqdimatlarla təmin edilməsi və onların kommersiya məqsədlərinə nail olmasına imkan yaradılması; Mövcud biznes portfellərinin genişləndirilməsi və inkişaf etdirilməsi, beynəlxalq xidmət təminatçıları və təchizatçıları ilə yeni tərəfdaşlıqların yaradılmasına dair variantların baxılmasının həyata keçirilməsi; Yeni və mövcud məhsullar üçün marketinq strategiyalarının hazırlanması; Məhsulun bazar mövqeyinin izlənməsi və ehtiyat marketinq planlarının hazırlanması və proqnozlaşdırılması; Marketinq layihələri büdcəsinin idarəedilməsi; Rəqabətcil mühitin və istehlakçı trendlərinin davamlı analizinin aparılması; Şirkətin biznes-vizyon üzrə kommersiya strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi; İstehlakçı rəyini nəzərə alaraq uğurlu brend təşəbbüslərinə çevirilməsi; Şirkət tərəfindən təyin edilmiş biznes etiketinə uyğun olaraq, cavabdehlik daşıdığı kateqoriyanın fəaliyyətinin tənzimlənməsi; Şirkətin strateji marketinq planının icrasının həyata keçirilməsi və tabeliyində olan komandanın idarə edilməsi; Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışların edilməsi və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat verilməsi.

Tələb olunan bilik və bacarıqlar: Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti; Analitik düşüncəyə malik olması; Təqdimat proqramlarında işləmək bacarığı (Power BI, PPT, Visio və s.); Excel, Word, Outlook proqramı üzrə biliklər (yüksək səviyyədə); Kollektivdə işləmə və idarə etmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Təhsil: Bakalavr və ya magistr təhsili (Marketinq, Kommersiya, Biznesin idarə edilməsi və İqtisadiyyat sahəsində); İş təcrübəsi: 5 il iş təcrübəsi (Marketinq sahəsi üzrə); Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili səlis, İngilis dili səlis.

İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; İşçilərə qayğı proqramı; Peşəkar komanda mühiti; Nahar; Şirkət hesabına korporativ nömrə; Təlim və inkişaf imkanları; Yanacaq xərci; Tibbi sığorta. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq üzrə Layihə Rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et

Müraciət et